NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 847
İŞİD-çiləri Rəqqadan çıxaran sürücü: “Aralarında çoxlu azərbaycanlı var idi”

İŞİD-çiləri Rəqqadan çıxaran sürücü: “Aralarında çoxlu azərbaycanlı var idi”

"Rəqqaya girdiyimiz andan qorxmağa başladıq. Şəhərə girər-girməz üstlərinə bomba bağlamış və silahlı İŞİD-çiləri gördük. Bizim maşınlarımıza tələ qurmuşdular. Əgər razılaşmada nələrsə yolunda getməsəydi, bizi havaya uçuracaqdılar. Uşaqlarına və arvadlarına da bombalar bağlamışdılar."

İslaminSesi bildirir ki, BBC-nin özəl araşdırmaçısı 250 İŞİD-cinin və ailələrinin ABŞ-İngiltərənin rəhbərliyi ilə olan koalisiya ilə birlikdə Rəqqanı təhlükəsiz şəkildə tərk etməsinin üstünü açıb. BBC müxbirləri Quentin Sommerville ve Riam Dalatinin hazırladığı xəbərə görə bu təxliyələr Xalq Müdafiə Birliklərinin (YPG), gövdəsi ABŞ tərəfindən formalaşdırılan Suriya Demokratik Qüvvələrini (SDQ-nin)Rəqqanı İŞİD-in əlindən aldığı keçən ayda reallaşdırılıb. Təxliyə edilən İŞİD-çilərin arasında çoxlu sayda əcnəbi döyüşçülər olub. Rəqqadan təxliyə edilən terrorçuların çoxu Suriyaya səpələnib, digərləri isə Türkiyəyə gedib.Təxliyə edilən 250 İŞİD-çi Rəkkanın ABŞ dəstəkli hərbçilər tərəfindən ələ keçirilməsindən az öncə şəhəri tərk ediblər. Böyük maşın karvanı ilə şəhərdən köçən İŞİD-çilərin 4 min nəfərdən ibarət ailələri də olub.

 

Maşın karvanı 10 yük maşınından ibarət olub. Bu xəbərdə həmin yük maşınlarının sürücüsü Əbu Fevzi və dostlarının şahidliyi verilib. Əbu Fevzi və dostlarına bu əməliyyatı gizli saxlamaq üçün külli miqdarda pul ödənilib. İŞİD-çilərin Rəqqadan qaçırılması yerli idarəçiliklə razılaşdırılıb. Razılaşmanın əldə edildiyi vaxtda nə İngiltərə, nə də ABŞ bu məsələdəki rolunu ifadə etmək istəmədi. İŞİD-çilərin Suriyaya və xaricə qaçmasını təmin edən Rəqqanın bu gizli və çirkli sirri xarici ölkələrə təhdidi də ortaya qoyur.

 

Bu sirrin meydana çıxmaması üçün çox cəhd edilsə də, lakin BBC bunu aşkarlaya bilib. Yük maşının sürücülərindən biri olmuş Əbu Fevzi bunları söyləyib: "Rəqqaya girdiyimiz andan qorxmağa başladıq. Şəhərə girər-girməz üstlərinə bomba bağlamış və silahlı İŞİD-çiləri gördük. Bizim maşınlarımıza tələ qurmuşdular. Əgər razılaşmada nələrsə yolunda getməsəydi, bizi havaya uçuracaqdılar. Uşaqlarına və arvadlarına da bombalar bağlanmışdı." Suriyalı kürdlər bu təxliyənin mətbuata sızmasının qarşısını almaq üçün şəhərdən bütün media nümayəndələrini çıxarmışdılkar. Suriya Demokratik qüvvələri isə yanız bir neçə nəfərin şəhəri tərk edəcəyini açıqlamışdır.

 

 

Lakin ələ keçən görüntülər və şahidlər tamamilə başqa sözlər söyləyir. Sürücülərdən biri bildirib ki, yük maşınlarının karvanı 6-7 kilometr olub. Karvan 50 yük maşını, 13 avtobus və 100-dən çox İŞİD-çiyə aid avtomobillərdən ibarət olub. Sürücülərdən biri bildirib:"Çoxlu əcnəbilər var idi. Fransadan, Türkiyədən, Azərbaycandan, Pakistandan, Yəməndən, Səudiyyədən, Çindən, Tunisdən və Misirdən döyüşçülər gəlmişdilər. "

 

 

Nəhayət BBC uzun-uzadı araşdırmadan sonra Suriyada ABŞ koalisiyasından etiraf ala bilib. Koalisiyanın sözcüsü polkovnik Ryan Dillon: "Biz heç kimin oranı tərk etməsini istəmədik. Amma bu sahədəki məsələ yerli liderlərin verdiyi qərardır və bu suriyalıların öz işidir." Bundan əlavə koalisiya sözcüsü bu təxliyyədən xəbərdar olduqlarını və bu əməliyyatı havadan izlədiklərini də gizlətməyib.

 

Bundan əlavə insan alverçiləri də Rəqqadan çoxlu sayda insanları Türkiyəyə apardıqlarnı deyiblər. İnsan alverçisi İmad:"Son bir neçə həftədə Suriyadan Türkiyəyə gəlmək istəyən çoxlu sayda ailələr olub. Elə bu həftə mən 20 ailəni keçirmişəm. Çoxu əcnəbi idi, amma suriyalılar da var idi." İmad adambaşına 600, ailələləri keçirərkən isə 1500 dollar haqq alır. Lakin son zamanlar Türkiyə öz sərhədlərində mühafizəni gücləndirdiyinə görə insan alverçilərinin də işi çox çətinləşib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system