İŞİD cəlladı Bursada həbs edilib

Oxundu: 60
İŞİD cəlladı Bursada həbs edilib

İŞİD terror təşkilatının "Əbu Taki Əl Şahmy" kod adlı komandiri Türkiyənin Bursa şəhərində həbs olunub.

APA-nın  Türkiyənin “Hürriyet” qəzetinə istinadla verdiyi xəbərə görə, Suriya vətəndaşı, 50 yaşlı terrorçu Y.A.A hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib. 

 

Qeyd edək ki, “Əbu Taki Əl Şahmy” kod adlı terrorçu Suriyanın Deyr Zor El-Meadin və Bukemal bölgələrində komandir kimi fəaliyyət göstərib və İŞİD-in cəzalandırdığı adamları edam edib, bu vəhşi qətliamları videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system