NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 273
İŞİD bitməyib, ABŞ onun yerini dəyişir - Cavad Zərif

İŞİD bitməyib, ABŞ onun yerini dəyişir - Cavad Zərif

İslaminSesi.info-nun PressTV-yə istinadla verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif şənbə günü Tehranda "İŞİD-dən sonrakı dövr" adlı konfransda etdiyi çıxış zamanı ABŞ-ın İŞİD terrorçularının yerlərini Yaxın Şərqin regionunun ətrafına müntəzəm olaraq dəyişdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İŞİD terrorçularını Suriyanın Həsəka, Məyadin, Dirazzur şəhərlərindən və digər rayonlarından regionun kənarına yerdəyişməsi təhlükəli haldır.

 

"Onların (terrorçuların) rabitə şəbəkəsi ərazidə qalır, onların liderləri qalır və onlar hələ də maliyyə dəstəyi alırlar, ona görə də biz hər hansı bir gün təhlükənin yenidən dalğalanmasını gözləməliyik".

 

Zərifə onu da vurğulayıb ki, İŞİD ərazi cəhətdən məğlub edilsə də, onun ideoloji və maliyyə resursları regiondan gəlməkdədir və İŞİD hələ bu cəhətdən məhv edilməkdən tam uzaqdır.

 

"Qərbin böyük səhvlərindən biri də ondan ibarətdir ki, onlar hesab edirlər ki, İŞİD başa çatıb," - deyə o bildirib. "(Amma) regionda İŞİD-i yaradan şərait hələ də mövcuddur. İŞİD, ABŞ-ın İraqa təcavüzünün, bundan öncə isə İsrailin Fələstin xalqına qarşı zülmünün doğulmuş uşağıdır."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system