İŞİD 14 ölkədə terror aktları planlaşdırıb - Türkiyə kəşfiyyatı

Oxundu: 517
İŞİD 14 ölkədə terror aktları planlaşdırıb - Türkiyə kəşfiyyatı

Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

"İslaminSesi" xəbər verir ki, bu, Türkiyə kəşfiyyat orqanlarının İŞİD terror təşkilatı mənsublarının yazışmalarını ələ keçirməsi ilə bağlıdır.

Qeyd olunur ki, yazışmalarda 14 ölkədə terror aktlarının törədilməsi ilə bağlı planlar yer alıb.

 

Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlarda ölkə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi: “Məhz bununla əlaqədar Türkiyədə təhlükəsizlik tədbirləri əsaslı şəkildə gücləndirilib. Türkiyə kəşfiyyatı terrorçuların və onlardan gələn təhdidlərin aradan qaldırılması üçün fəal işləyir”.Trend

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system