İsgəndər Həmidovun həkimi ümidsiz danışdı: “Səhhəti çox kritikdir”

Oxundu: 51
İsgəndər Həmidovun həkimi ümidsiz danışdı: “Səhhəti çox kritikdir”

“İsgəndər Həmidovu başqa xəstəxanaya yerləşdirməyə daha ehtiyac yoxdur, vəziyyəti çox pisdir”.

 

İslaminSesi bildirir ki, bunu Modern.az-a Azərbaycanın keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun yerləşdirildiyi xəstəxananın həkimi Adil Qeybulla bildirib.

 

O, türkiyəli mütəxəssislərin də xəstəyə əlac tapa bilmədyini vurğulayıb:

 

“İsgəndər Həmidovun səhhəti çox kritikdir. Əvvəlkinə nisbətdə indi çox geriləmə müşahidə olunur. Türkiyədən iki nəfər neyro-cərrah və revmotoloq mütəxəssis gəldi. Onlar da konsultasiyadan sonra bildirdilər ki, xəstəni başqa xəstəxanaya köçürməyə ehtiyac yoxdur, artıq vəziyyət çox pisdir”.

 

Xatırladaq ki, İsgəndər Həmidov yanvarın 24-dən etibarən komaya düşüb və hazırda “City Hospital”da reanimasiyadadır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system