NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 199
İşğalçı İsrailin bir həftəlik Fələstin terroru - 4 şəhid, 221 yaralı

İşğalçı İsrailin bir həftəlik Fələstin terroru - 4 şəhid, 221 yaralı

İşğalçı İsrail qüvvələri Qərb sahili, Qüds və Qəzza zolağında ötən həftə ərzində baş vermiş 156 qarşıdurma zamanı 4 fələstinlini qətlə yetirərək 221-ni yaralayıb.

İslaminSesi.info "DaysofPalestine"-ə istinadla xəbər verir ki, bu qarşıdurmaların 40-dan çoxu cümə günü baş verib. Bu zaman İsrailin işğalına etiraz edən 92 fələstinli yaralanıb. 

 

 

Çərşənbə günü sionist qüvvələri tərəfindən Əl-Xəlil şəhərinin yaxınlığında israil əsgərinə hücuma cəhd edməsi ittihamı ilə 19 yaşlı Yusif Zamara öldürülüb. İşğalçı İsrail qüvvələri həmin gecə keçirilən etiraz aksiyası zamanı Fələstin vətəndaşı 22 yaşlı Xalid Təyihi də qətlə yetirib.

 

Bundan əlavə çoxlu sayda İsrail hərbçisi Nablus şəhərində reydlər edən sionist qüvvələrinə qarşı duran fələstinlilərlə mübarizə aparmaq üçün şəhərə hücum edib. 

 

Həftənin ortasında isə işğalçı İsrail qüvvələri Cənin şəhərinin kənarındakı Əl-Yəmun kəndinə basqın edib və Fələstin vətəndaşı Əhməd Carrarı qətlə yetirib.

 

Şənbə günü fələstinli yeniyetmə terror rejimi qüvvələrinin Cənin şəhərinə etdiyi reydlər zamanı aldığı canlı güllələrdən dünyasını dəyişib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system