NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 386
İşğalçı İsrail rejimi fələstinli dindarların qırğını ildönümündə 40 nəfəri yaralayıb

İşğalçı İsrail rejimi fələstinli dindarların qırğını ildönümündə 40 nəfəri yaralayıb

İslaminSesi.info PressTV-yə istinadla xəbər verir ki, Amerika-İsrail ekstremistləri tərəfindən qırğına məruz qalmış Fələstin dindarlarının ildönümü günü İordan Çayının Qərb Sahili boyunca və mühasirədə olan Qəzzə zolağında baş verən toqquşmalarda sionist İsrail rejimi tərəfindən ən azı 40 fələstinli xəsarət alıb.

Çinin Xinxua media agentliyi xəbər verib ki, toqquşmalar cümə günü Fələstinin İsrail tərəfindən işğal edilmiş Qərb Sahilinin Ramallah, eləcə də əl-Xəlil, və Nablus şəhərləri, xüsusilə Fələstin ərazisinin cənub və şimalında baş verib. İşğalçı qüvvələr fələstinlilərə gözyaşardıcı qaz və güllə atıblar. Yaralananlardan birinin vəziyyəti ağırdır, güllə onun başından dəyib. 

 

  

Qeyd edək ki, ötən cümə günü İsrailin radikal Kach hərəkatının keçmiş üzvü Barux Qoldşteynin (Baruch Goldstein) 1994-cü ildə Əl-Xəlil şəhərində namaz halında olan fələstinli dindarlara atəş açaraq onlardan 29-nu öldürdüyü, 125-ni yaraladığı qırğının ildönümüdür.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system