“İşğalçı İsrail Fələstin və Qolandan çıxmadıqca Yaxın Şərqdə sabitlik olmayacaq” – BMT nünayəndəsi

Oxundu: 102
“İşğalçı İsrail Fələstin və Qolandan çıxmadıqca Yaxın Şərqdə sabitlik olmayacaq” – BMT nünayəndəsi

Misirin BMT-dəki daimi nümayəndəsi Məhəmməd İdris, İsrailin Suriyaya məxsus Qolan Təpələrini və Fələstin ərazilərini işğal etməsi barədə BMT-yə qətnamə təqdim edib.

 

İslaminSesi RT-ə istinadən bildirir ki, Misir Xarici İşlər Nazirliyinin bu barədə verdiyi açıqlamada bildirilir:

 

“Ərəb bölgəsi işğalçı İsrailin 1967-ci il istilalarından bəri əziyyət çəkməkdə davam edir, fərq etməz bu Fələstin olsun, yaxud Suriyaya məxsus Qolan olsun. Ərəb torpaqlarını azad edilmədikcə Yaxın Şərqdə təhlükəsizlik, sabitlik və sülh olmayacaq.”

 

“Beynəlxalq Təşkilatlar Suriyanın 10 illərdən bəri işğal olunmuş Qolan Təpələri ilə bağlı qətnamələrin pozulmasına, xüsusən də Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qətnamələri, habelə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq normalarına əməl edilməməsinə ciddi münasibət bildirməlidirlər”-deyən Muhəmməd İdris, Beynəlxalq Təşilatların, 4 iyun 1967-ci il tarixindən indiyə kimi qeyd olunan ərazilərin sərhədlərində hər hansı bir dəyişikliyi tanımadıqlarını da diqqətə çatdırıb.

 

Xatırladaq ki, İsrail 1948-ci ildən indiyə kimi Fələstin ərazilərini özünə ilhaq etməkdə davam edir. O cümlədən Suriyaya məxsus Qolan Təpələri 1967-ci ildə İsrail tərəfindən “6 günlük müharibə” kimi tanınan savaş nəticəsində işğal edilib.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system