NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İş vaxtı nahardan imtina etməyin!

Oxundu: 329
İş vaxtı nahardan imtina etməyin!

Araşdırmaların nəticələrinə görə, nahar fasiləsi etmək tək sağlamlığa deyil, həm də işin məhsuldarlığına müsbət təsir göstərə bilər. Daim nahardan imtina edərək iş masası arxasında "atışdırmaq" və ya ümumiyyətlə fasilə etməmək insan orqanizminə mənfi təsir göstərir: yuxu və həzm sistemi pozulur, diqqət dağılnıqlığı olur və s.

İslaminSesi-nin Life.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda The Guardian yazır.



Tədqiqatlar göstərir ki, bütün günü fasiləsiz işləyənlərin effektivlik göstəriciləri digərlərindən daha aşağıdır.

İstirahət edənlər isə, daha səmərəli iş görməkdən əlavə, gecələr daha yaxşı yatır, emosional dözümlülükləri və stressə qarşı müqavimətləri daha çoxdur.

 

Bundan başqa, nahardan tez-tez imtina etmək ağır mədə xəstəliklərinə də səbəb ola bilər.

Qeyd olunur ki, müsbət təsiri yalnız yemək fasilələri göstərir. Nahar vaxtı öz həmkar və dostlarınızın həyatını sosial şəbəkələrdə izləmək sizin gücünüzü bərpa etməyəcək.

 

Nahara çıxmağın daha bir mühüm üstünlüyü bundan ibarətdir ki, fasilə zamanı əməkdaşlar bir-birilərilə qeyri-rəsmi münasibətlər qura bilər.

 

Araşdırmanın nəticələrinə əsasən, "komanda" şəklində nahar edən həmkarlar öz vəzifələrinin öhdəsindən daha yaxşı gəlirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system