NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“İrşad Electronics”in rəhbəri intihar edib - Rəsmən təsdiqləndi

Oxundu: 81
“İrşad Electronics”in rəhbəri intihar edib - Rəsmən təsdiqləndi

Sentyabrın 14-də vəfat edən "İrşad Electronics" MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.

"İslaminSesi.info" xəbər verir ki, bu barədə baku.ws-ə mərhumun yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.

  

Bakı Şəhər Prokurorluğundan qafqazinfo-ya bildirilib ki, İrad Hacıyevin ölümündən sonra araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İ.Hacıyevin özünü öldürməsinin səbəbləri istintaq yolu ilə araşdırılır.

 

Qeyd edək ki, şirkətin rəsmi səhifəsində İ. Hacıyevin qəflətən ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunmuşdu.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system