NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 51
“İrma” qasırğası Floridanı dağıdır - milyarderlərin malikanələri də tab gətirmir

“İrma” qasırğası Floridanı dağıdır - milyarderlərin malikanələri də tab gətirmir

Son onilliklərin ən güclü qasırğası Floridanın qərb sahilini dağıtmağa davam edir.

Qasırğanın gücünün bazar ertəsi bir qədər qədər zəifləməsinə baxmayaraq sürəti hələ də dayanıqlıdır və təxminən saatda 138 km-ə çatır.

 

Təbii fəlakətin təhlükəli təsiri haqqında xəbərdarlıq ABŞ ərazisinin böyük hissəsində qüvvədə qalır. Artıq ən çox zərər dəymiş yerlərdən 6 milyon insan təxliyyə edilib. İslaminSesi liganews.net-ə istinadla xəbər verir ki, bu gün, sentyabrın 11-də, qasırğa Şimali Florida, Cənubi Corciya və Cənubi Karolinaya düşə bilər.

 

Karib hövzəsində kütləvi dağıntılara səbəb olan, nəticədə azı 28 nəfərin həlak olduğu "İrma" qasırğası bazar günü Florida ştatının cənubundakı Florida-Kis adasında dörd nəfərin həlak olmasına səbəb olub.

 

 

Dörd milyondan çox ev işıqsız, ABŞ-ın Mayami şəhərinin böyük bir hissəsi su altında qalıb. Bəzi bölgələrdə komendant saatı tətbiq edilib.

Qasırğadan milyarderlərin evləri də yan keçə bilməyib. Belə ki, təbii fəlakət milyarder Roman Abramoviçin San-Bartelemi adasında 2009-cu ildə aldığı villasını yıxıb, amerikalı milyarder Riçard Brensonun Nikker adlı özəl kurort-adasını dağıdıb. Abramoviçin ada evinin yerləşdiyi San-Bartelemi bir neçə dövlətə məxsusdur, Brensonun özəl adası isə Britaniyadan asılı ərzailərin bir hissəsidir. Aşağıda Brensonun adasının dağılmış görüntüləri nümayiş edilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system