İraqlı siyasi fəal evinin qarşısında belə güllələndi – Video

Oxundu: 739
İraqlı siyasi fəal evinin qarşısında belə güllələndi – Video

Dünən axşam Kərbəla şəhərində bir siyasi fəal evinin qarşısında güllələnib.

 

İslaminSesi xəbər verir ki, France-Presse-nin məlumatına görə, axşam, 53 yaşlı fəal Fahim Əl-Taie hökumət əleyhinə dinc aksiyalardan dönərkən naməlum silahlılar tərəfindən iki yoldaşın gözü qarşısında güllələnib.

 

Onun evinin hökümət idarəsinə yaxın ərazilərdə yerləşdiyi bildirilir.

 

Xatırladaq ki, İraq Daxili İşlər Nazirliyi də, Təhlükəsizlik Xidməti də ölkədə baş verən etirazlarda silahlıların, əhali ilə hökümət qüvvələri arasında gərginlik yaratmaq istəyən digər bir qruplaşmanın  olması barədə xəbərdarlıq edib.

 

“Əsaib Əhli Haqq” hərakatının sədri Qeys əl-Xəzəlinin bildirdiyinə görə İŞİD zahiri simasını dəyişərək etirazçılar arasına qarışıb.

 

http://www.islaminsesi.info/iraqdaki-etirazlarda-isid-in-rolu-butun-problemlerimiz-abs-in-isgali-altinda-qalmagimizla-baglidir--104357.html

 

Hətta bu gün Bağdad Hava Limanına 4 ədəd raket atıldığı da bildirilir.

 

Yayılan məlumata görə İraqda baş verən son iğtişaşlarda təhlükəsizlik əməkdaşları da daxil olmaqla 400-ə qədər insanın öldüyü bildirilir.

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system