İraqlı gənc silahlı qüvvələri yardıma çağırdı – “Bizi öldürürlər!” (Video)

Oxundu: 239
İraqlı gənc silahlı qüvvələri yardıma çağırdı – “Bizi öldürürlər!” (Video)

İraqlı gənc təhlükəsizlik qüvvələri əməkdaşlarını silahlılarla mücadiləyə çağırdı.

 

İslaminSesi RT-yə istinadən xəbər verir ki, Bağdad küçələrində tanınmayan silahlılar mülki şəxslərə, həmçinin təhlükəsizlik güclərinə atəş açırlar.

 

Din etiraz aksiyaları keçiçrən insanlar təhlükəsizlik gücləri ilə birgə bu kimi silahlılara qarşı birgə mübarizə aparmağa başlayıblar.

 

Videodan da göründüyü kimi iraqlı gənc naməlum silahlıların olduğunu, insanlara atəş açdığını deyir və təhlükəsizlik əməkdaşlarını yardıma çağırır:

 

"Hərbi geyim geyərək belə qalmaq sizin üçün ayıbdır. Silahlılar xalqınızın övladlarını öldürürlər.

Nə and içdiniz, yadınıza salırsınız? Ya hərbi rütbələrinizi çıxarın, ya da bölmənizi tərk edin! Və ya xalqı qorumaq üçün küçələrə çıxın”

 

Xatırladaq ki, dünən Bağdadda insanlar xaos, təxribat və qiyamlara qarşı etiraz edərək yürüş təşkil etmişdilər. Etirazçılar naməlum silahlılar tərəfindən atəşə tutulub. Ölənlər və yaralananlar olmuşdu.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system