İraqın sabiq baş naziri növbədənkənar seçkilərin keçirilməsini istəyib

Oxundu: 59
İraqın sabiq baş naziri növbədənkənar seçkilərin keçirilməsini istəyib

İraq parlamentinin “Nəsr” siyasi fraksiyasının lideri sabiq baş nazir Heydər əl-Abadi ölkədə növbədənkənar seçkilərin keçirilməsini istəyib.

İslaminSesi Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın “Nəsr” siyasi fraksiyası bəyanat verib.

 

Bəyanatda bildirilib ki, ölkədəki problemlərin kökündə 2003 və 2004-cü illərdən formalaşmış siyasi hakimiyyət sistemidir.

 

Bəyanatda, ölkə konstitusiyasında islahatların aparılması, siyasi hakimiyyət sistemində dəyişikliklərin həyata keçirilməsi, müstəqil seçki komissiyasının təşkili və növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.

 

Qeyd edək ki, İraqda siyasi ənənəyə görə ölkə parlamnetinin sədrliyi sünnilərə, baş nazirlik şiələrə və prezidentlik administrasiyası isə kürdlərə həvalə olunur. İraqda bir çox siyasi ekspertlər teknokrat hökumətin iş başına gəlməməsində əsas maneənin məhz ABŞ müdaxiləsindən sonra siyasi ənənə halını almış siyasi sistemin olduğunu bildirirlər./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system