İraqdakı etirazlarda İŞİD-in rolu! – “Bütün problemlərimiz ABŞ-ın işğalı altında qalmağımızla bağlıdır”

Oxundu: 263
İraqdakı etirazlarda İŞİD-in rolu! – “Bütün problemlərimiz ABŞ-ın işğalı altında qalmağımızla bağlıdır”

Bağdad imamcüməsi: “Bütün problemlərimiz ABŞ-ın işğalı altında qalmağımızla bağlıdır”

İraqdakı Haşd-Şabi-nin bir qolu olan “Asaibu Əhli-Haqq” Hərəkatının lideri Qays əl-Xəzəli İŞİD-in hücrə yaratmaqda davam etdiyini və bundan etiraz aksiyaları zamanı yararlandığını bildirib.

 

"İŞİD-in İraqda gizli hücrələri hələ də mövcuddur və bu terror qruplaşması ölkədəki dinc nümayişlərə müdaxilə edərək etirazçıların üzərinə öz yaraqlılarını göndərir" –deyə İraqda davam edən zorakılıq hərəkətləri ilə bağlı açıqlamalar verən Asaib-i Əhli-Haqq Hərəkatının lideri Qays əl-Xəzəli bildirib.

 

İslaminSesi “on4haber.com”-a istinadən xəbər verir ki, Xəzəli, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də İraqa girəcəyi haqda plan hazırladıqlarını söyləyib.

 

Xatırladaq ki, ötən həftə Bəsrə Polis bölməsinin rəisi, təxribatçı və hökumət binalarına atəş açan İŞİD agentlərinin saxlandığını və təhlükəsizlik qüvvələrinin nümayişçilər arasındakı bəzi İŞİD üzvlərini həbs etdiyini bildirmişdi.

 

"İŞİD-çilər sifətlərini bağlayaraq, adamları binalara atəş açmağa, nümayişə həvəsləndirirdilər. Belə maskalı qruplar müəyyən ölkələrdən maliyyələşirdilər, təxribatlarının qarşılığında dollar alırdılar. Onlar “Molotov kokteyli” ilə 17 polis məmurunu hədəfə aldılar. Ölənlər və yaralananlar oldu", - deyə polis rəisi məlumat vermişdi.

 

“İraqın əsl problemi ABŞ-ın işğalı altında qalmasıdır”

 

Digər tərəfdən Bağdad imamcüməsi bildirir ki, İraqdakı problemlərin səbəbkarının İran olması barədə ABŞ-ın iddiaları tamamilə yalandır.

 

Bağdad imamcüməsi Ayətullah Seyyid Yasin əl-Musəvi deyib: “Bəzi siyasi yetkililərin dedikləri kimi, İraqın problemlərinin səbəbi doğrudanmı mövcud hakimiyyətdir? Doğrudanmı problemlər bu hökumətin getməsi və onun yerinə başqasının gəlməsi ilə həll ediləcək? Bizim hökumətlərimizin nə siyasi, nə də bir xidmət sahəsində proqramı yoxdur.

 

Sual olunur: indi İranla bizim aramızdakı fərq nədən ibarətdir? Onlarda hökumətin planı var, amma bizim dövlət xadimlərimizin belə bir planları yoxdur. Niyə yoxdur, bilirsinizmi? Bütün dövlətlərdə hökumətin planı olmalıdır. Amma nədən bizdə yoxdur?

 

Mən açıq deyirəm, 2003-cü ildən bəri ölkəmiz hələ də ABŞ-ın işğalı altındadır. Bu səbəbdən çox ehtiyatlı olun, problemlərimizin səbəbkarının İran olduğunu söyləməyin, bunlar yalandır. Amerikanın yalanlarıdır.

 

Yenə xatırladıram ki, ölkəmiz hələ də işğal altındadır və bunun ən bariz səbəbi ABŞ qoşunlarının Suriyadan çıxarılaraq İraqa gətirilməsidir.

 

Bizim problemimiz işğal altında olmağımızla bağlıdır. Əgər müstəqil bir mədəniyyət formalaşdırmasaq və Amerika əsgərlərini ölkəmizdən çıxarmasaq, elə bu şəkildə də qalacağıq".

 

Bundan əlavə, Nəcəfdəki Cümə rəhbərləri ölkədəki nümayişlərlə bağlı ortaq bir bəyanat da veriblər.

 

Bəyanatda ölkənin böhrandan çıxması, ölümlərə son qoyulması, problemlərin həll olunması, ölkənin müdafiəsi üçün səyləri gücləndirmək və bundan ötrü yüksək dini qurumun arxasında durmaq çağırışları edildi.

 

Paytaxt Bağdadda isə Ayətullah Əli əs-Sistaniyə dəstək çağırışları səsləndi, əhali nümayişlərdə təxribat törədənlərin meydanlardan çıxarılmasını istədi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system