NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 193
İraqda Sədrlə rəqabət üçün yeni koalisiya yaradıla bilər

İraqda Sədrlə rəqabət üçün yeni koalisiya yaradıla bilər

İraq Ali Seçki komissarlığı 18 əyalətdən 16-da səslərin hesablandığını və nəticə etibarilə Müqtəda Sədrin başçılıq etdiyi “Sairun” koalisiyasının öndə getdiyini deyib. Lakin bu, Mqtəda Sədrin İraqın gələcək baş nazirini təyin etmə iqtidarında olması anlamında deyil.

İslaminSesi.info Sumariya Agentliyinə istinadla xəbər verir ki, Dövlət əl-Qanun siyasi fraksiyasında olan deputatlardan biri Məhəmməd Səyhud bildirib ki, Sədrlə rəqabət məqsədilə Nuri əl-Malikinin (Dövlət əl-Qanun), hazırki baş nazir Heydər əl-Abadinin (Nəsr koalisiyası), və sabiq Haşdu-Şabi komandiri Hadi əl-Amirinin (Fəth koalisiyası) qüvvələri vahid koalisiya yarada bilərlər.

 

Mənbə, 3 siyasi birliyin seçki öncəsi platformalarının yaxın olduğunu bildirərək, hazırki dövrdə bu 3 koalisiyanın birləşməsinin fürsət olduğunu bildirib.

 

Qeyd edək ki, Müqtəda Sədr bu seçkilərdə İraqın kommunist partiyası və eləcə də bəzi Səudiyyə meyilli partiyalarla ittifaqa girərək, "Sairun" koalisiyası yaratmış və seçkilərdə digər partiyaları qabaqlaya bilmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system