NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İraqda nə baş verir? – Etirazlar səngiyəcəkmi? - Araşdırma

Oxundu: 648
İraqda nə baş verir? – Etirazlar səngiyəcəkmi? - Araşdırma

İraqda iki həftə bunan öncə baş qaldıran Bəsrə etirazları Bağdada da sirayət edib. Bəzi bölgələrdə iğtişaşa çevrilən bu etirazlar səngiyəcəkmi?

İslaminSesi.info - İsti hava şəraiti Azərbaycanda olduğu kimi İran və İraqda da elektrik enerjisinin verilməsində fəsadlar yaratmışdı. Mingəçevirdə SES-da şiddətli istilər və enerji qaynağlarına yüklənmələr səbəbindən yanğın baş vermişdi. Bu vəziyyət ölkədə gərginliyin baş qaldırmasına da zəmin yaratmışdı.

 

Şiddətli hava şəraiti cənub qonşularımızda da oxşar fəsadların yaranmasına səbəb olmuşdu. İranın cənub-qərbindəki əyalətlərdə suyun verilməsində yararnan fəsadlar ərəblərin yaşadığı Xurrəmşəhr şəhərində etirazlara səbəb olmuşdu. Tehran və ətraf şəhərlərdə elektrik enerjisi hələ də fasilələrlə verilir. İran rəsmiləri bu vəziyyətin daha iki həftə sürəcəyini bildirirlər. Hətta o yerə qədər ki İran rəsmiləri İraqa, Türkiyəyə, Əfqanıstan və Pakistana elektrik enerjisinin və suyun ixracını sıfıra endirdiklərini bildiriblər.

 

Oxşar vəziyyət iki həftə bundan öncə istilərin 50 dərəcəni keçməsindən sonra İraqda da baş qaldırıb. Etirazların mərkəzi elektrik enerjisinin tez tez problemlərlə üzləşdiyi Bəsrə olub. Etiraz dalğası daha sonra Misan, Ziqar, Kərbəla, Nəcəf daha sonra isə Bağdada sirayət edib. Etirazlar bir müddət sonra kütləvi iğtişaşlara səbəb olub. Bu gündən etibarən etirazların səngidiyi deyilir. Baş verən iğtişaşlarda və polislə qarşıdurmada indiyə qədər 8 etirazçı və polisin öldüyü, 400-dən artıq şəxsin müxtəif dərəcələrdə yaralandığı deyilir.

 

Statistikaya görə son iki həftə ərzində İraqda 17 partiyanın qərargahına etirazçılar tərəfindən basqın edilib. Nasiriyyə-Bağdad yolu bir neçə günlüyə bağlanılıb. Ümmul-Qəsr limanı tətil edilib və Nəcəfin hava limanı bir neçə gün faliyyətini dayandırıb. Bağdadın 3 rayonunda əş-Şölə, əl-Amil və ət-Təhrirdə iğtişaşlar baş verib. Hökumət və müxalifət partiyaları etirazçıların tələblərinin yersiz olmadığını bildirərək onları sakit etməyə çalışıblar. Lakin bu etiraz və iğtişaşlar ötən gününə qədər davam edib.

 

Ötən həftənin cümə günü Ayətullah Sistaninin nümayəndəsi etirazların yersiz olmadığını bildirib və hökuməti elektrik enerjisi, suyun verilməsi və işsizlik problemlərinin həlli üçün daha tez tərpənməyə çağırıb. Ayətullah Sistanin nümayəndəsi etirazçılardan ümumi əmlaka zərər vurmamağı da istəyib. Lakin bu fayda verməyib.

 

İraqdakı son iki həftənin bu etirazları bir neçə siyasi proseslə eyni zamana təsadüf etdiyindən, gərginlik də durmadan artıb. Mayda keçirilən İraq parlament seçkiləri nəticəsində ilk 3 yeri Müqtəda Sədr, Hadi əl-Amiri (sabiq Haşdu-Şai komandiri) və hazırki baş nazir Heydər əl-Abadinin başçılıq etsdiyi fraksiyalar əldə etmişdilər. Bu 3 fraksiyanın hökumətin təşkil edillməsində vahid koalisiyanı yarada və razılığa gələ bilməməsi, yeni hökumətin təşkilinin həddən ziyadə gecikməsi, mövcud parlamentin səlahiyyət müddətinin artırılıb, artırılmaması mübahisəsi və hiss edilən siyasi boşluq, məişət tələbləri ilə başlayan etiraz dalğasına siyasi rəng də qatmış olub.

 

Nəzərə alınsa ki son seçkilərdə ilk üçlükdə yerləşən fraksiyalar şiədir, burada Səudiyyənin və Amerikanın əks hücumları da gözləniləndir. Sözügedən etirazlarda hökumətlə yanaşı İranın da ittiham edilməsi, İŞİD-lə döyüşən Haşdu-Şabinin bir neçə təbliğat qərargahının yandırılması da diqqət çəkməyə bilməz.

 

Burada diqqət ediləsi məqamlardan biri də parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra Səudiyyə Ərəbistanı, BƏƏ və Amerikanın bəzi nəhəng media qurumlarının İraq seçkilərində bəzi bölgələrdə saxtakarlığın baş verməsi iddiasına yer vermələri, bəzi seçki qərargahlarında seçki bületünləri anbarının yandırılması xəbərlərini tirajlamaları, həmin yanan səslərin elektron deyil əllə sayılması haqda çaba göstərmələri, daha sonra isə ölkənin infrastrukturası problemlərini xüsusilədə enerji problemlərinin “İranyönümlü İraq hökuməti”nin boynuna qoyulması var.

 

Eksperlərin fikrinə görə İŞİD hücumlarından öncəki İraqda Səudiyyə Ərəbistanı üçün müəyyən rıçaklar var idisə artıq İŞİD-lə mübarizə mərhələsindən sonra belə bir təzyiq amillərindən söz gedə bilməz. Belə ki, Səudiyyə Ərəbistanın İraqda əvvəl etimad etdiyi siyasi sünnilik İŞİD sıralarında it-bat olmaqla bu dövlət də İraqdakı əsas əlini itirmiş olub. Müqtəda Sədr kimi şiə fiqurunun Səudiyyəyə səfər etməsinə gəldikdə isə hələ bu da ər-Riyada fayda gətirməyib. Sədrin İranın İraqdakı bir nömrəli şəxsi Hadi əl-Amiri ilə sonradan ittifaqa girməsini buna misal gətirmək olar. Buna görədir ki, Səudiyyə komandası İraqda baş verən hər bir gərginlikdən hökumət əleyhinə maksimum yararlanmağa çalışır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system