NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İraqda içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb

Oxundu: 125
İraqda içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb

İraqın Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb.

 

İslaminSesi "Report" a istinadən  xəbər verir ki, bu barədə "Al-Sumaria"ya BMT-nin İnsan Haqları üzrə Ali Komissarının Bəsrədəki ofisinin direktoru Mehdi ət-Tamimi bildirib.

 

"Çirkli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb", - deyə ət-Tamimi qeyd edib. O, əlavə edib ki, sudan zəhərlənmə halları məktəblilər arasında da mövcuddur.

 

Qeyd edək ki, ötən ay İraqda 27 minə yaxın insanın sudan zəhərləndiyi bildirilirdi. Zəhərlənməyə içməli suyun çirklənməsi səbəb olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system