NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 4255
İraqda ələ keçən İŞİD-çi qadınlar arasında çoxlu sayda azərbaycanlılar var

İraqda ələ keçən İŞİD-çi qadınlar arasında çoxlu sayda azərbaycanlılar var

Təlafir əməliyyatı nəticəsində ölən və ya tutulan əcnəbi İŞİD döyüşçülərinin 1400 uşağı və qadınları İraq təhlükəsizlik Qüvvələrinin əlindədir.

İslaminSesi.info əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri və humanitar yardım qurumlarının nümayəndələri məlumat veriblər.

 

İraq Ordusundan və Kəşfiyyatından verilən məlumatlara görə, Təlafir əməliyyatları nəticəsində əcnəbi İŞİD üzvlərinin ailə üzvləri olan 1400 qadın və uşaq nəzarətə götürülüb. Onlar əsasən Türkiyə, Azərbaycan, Tacikistan, Rusiya və digər MDB ölkələrinin vətəndaşlarıdırlar. Aralarında az sayda Fransa və Almaniya vətəndaşları var.

 

İraq təhlükəsizlik qüvvələri əcnəbi terrorçuların ailə üzvlərini Mosulun cənub nahiyəsində hərbi qərargahda saxlayırlar.

 

İraq Kəşfiyyatının rəsmiləri bildirib ki saxlanılan qadın və uşaqlarının əksriyyətinin sənədləri yoxdur və onların vətəndaşlığının məlum edilməsi üçün işlər aparılır.

 

İraq Ordusunun Neynəva Əməliyyatlar Komandanlığının polkovniki Əhməd ət-Tainin sözlərinə görə, İraqın müvafiq qurumları bu vətəndaşların ölkələrinə göndərilməsi üçün ölkələrini təmsil edən səfirlik və konsulluqlara muraciət etmək niyyətindədir.

 

“İŞİD-çilərin ailələrini ciddi təhlükəsizlik nəzarəti altında saxlayırıq və hökumətin onlarla qərarını gözləyirik. Hökumət nümayəndələri onlarla insani rəftar edirlər hal bu ki onlar insanları əbəs yerə öldürən cinayətkarların ailələridirlər. İstintaq zamanı qadınlardan bir çoxu bildirir ki, İŞİD-in təbliğatına aldanıblar.”

 

İraqın bu rəsmisi əcnəbi İŞİD-çilərin ailələrinin taleyi haqda daha maraqlı bir açıqlama verib. O bildirib ki bu ailələr ilk əvvəl başçıları ilə birgə Təlafirin şimalında Peşmərgəyə təslim olmuşdular. Lakin Peşmərgə kişiləri özündə saxlayıb və onların ailələrini bizə təhvil verib.

 

İraq rəsmiləri əcnəbi İŞİD-çilərin ailələri arasında 13 ölkə nümayəndəsinin olduğunu bildiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system