İraqda çevrilişə cəhd baş tutmayıb – Baş verən iğtişaşlarda BƏƏ izi

Oxundu: 608
İraqda çevrilişə cəhd baş tutmayıb – Baş verən iğtişaşlarda BƏƏ izi

Birləşmiş Ərəb Əmirliyinin İraqda şevrilişə cəhd etdiyi, lakin İraq hökümət dairələrinin bundan xəbər tutduğu bildirilir.

 

İslaminSesi.info xəbər verir ki, bu barədə Farsnews agentliyi Qətər mənbələrinə istinadən məlumat yayıb.

 

Mənbənin bildirdiyinə görə oktyabırın əvvəlindən İraqda sosial problemlərin həlli tələbi ilə başlayan etirazlardan bəzi xarici qüvvələr faydalanmağa çalışıb, hətta bu etiraz aksiyaları məqsədli şəkildə iğtişaş, ölüm hallarına belə gətirilib.

 

Mənbənin bildirdiyinə görə bəzi ərəb mediaları da bunu etiraf edərək ABŞ, BƏƏ, Səudiyyə Ərəbistanının, hətta İraq Kürdüstan bölgəsindəki bəzi partiyaların belə çevriliş planlanında yer alığını bildiriblər. Bu işdə BƏƏ hökumətinin xüsusi yer aldığı, çevriliş haqqında daha çox bilgiyə sahib olduqları bildirilir. Hətta Terrorla Mübarizə və Həşdu-Şaabi qüvvələrinin içində belə plana daxil olan şəxslərin olduğu qeyd edilir.

 

Arab News 21-in xəbərinə görə İraqda baş verən hadisələrdən bir müddət öncə baş nazir Adil Abdul-Məhdi tərəfində işdən azad edilmiş bir neçə generalın da xüsusi rolu vardır.

 

Mənbə İraqın Terrorla Mübarizə Xidmətinin komandiri general-leytenant Əbdül Vahab əl-Saadinin adını da xüsusi qeyd edərək, onun sentyabırda baş nazir tərəfindən vəzifəsindən azad edilməsinə diqqət çəkib və həmin ərəfədə ictimaiyyətdə və sosial şəbəkələrdə süni şəkildə formalaşdırılan etirazlara toxunub.

 

Mənbədə həmçinin baş nazir tərəfindən vəzifəsindən azad edilmiş 5 Haşdu-Şaabi yüksək rütbəli komandirlərinə də diqqət çəkib. Bu komandirlər sionist rejimlə əməkdaşlıqda, Məhəmməd Dahlanla əlaqələrədə ittiham olunub. Xatırladaq ki, Sionist rejimlə əlaqələri ilə tanınan Dahlan, hazırda BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri Tahnun bin Zayed Al Nahyanın müşaviridir.

 

Adı qeyd edilən ərəb dilli mənbənin bildirdiyinə görə hazırda İraqda baş verən vəziyyəti idarə edən BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri Tahnun bin Zayed Al Nahyan və onun müşaviri Məhəmməd Dahlandır.

 

Hətta noyabırın 3-də “Soutul-İraq” radiosu ölkədə BƏƏ-yə xidmət edən bir şəbəkənin həbs olunması barədə xəbər də yayımlayıb.

 

Həmçinin İraqda baş verənləri mediada işıqladırmaqda, hadisələri məcrasından böyütməkdə BƏƏ mediasının rolu da diqqətdən kənarda deyildir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system