İraq siyasətçiləri bu günki qətliama kəskin münasibət bildirdi

Oxundu: 167
İraq siyasətçiləri bu günki qətliama kəskin münasibət bildirdi

Əsaibu Əhli Haqq Hərakatının sədri Qeys Xəzəli və “Sairun” patriyası lderi Müqtəda Sədr, Bağdadda baş verən bu günki hadisəyə kəskin reaksiya veriblər.

 

İslaminSesi bildirir ki, Qeys Xəzəli “Tvitter” hesabında təhlükəsizlik xidmətlərini qınayıb.

 

“Xaos, qanunsuzluq, təhlükəsizlik xidmətinin zəifliyi, silahlıların və qiyamçıların yayılması nə vaxta qədər davam edəcək?” deyən Xəzəli, özbaşnalığın qarşısın almağa, qiyamçıların tərksilah edilməsinə, təhlükəsizlik qüvvələrinin gücünün artırılmasına çağırış edib.

 

Sədr hərəkatının lideri Muqtada əs-Sədrə yaxın olan Saleh Muhammad əl-İraqi də hadisəyə münasibət bildirərək, hökümətdən 48 saat ərzində cinayətkarların tapılıb təhvil verilməsini tələb edib. Əks halda meydanları boşaldacaqlarını bildirib.

 

Xatırladaq ki, bu gün Bağdadda silahlılar bir mağazaya girib, ətrafa atəş açıblar, sonra mağazanı yandırıb qaçıblar. Hadisə yerində 5 nəfərin öldüyü bildirilir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system