İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib

Oxundu: 78
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib

İraqda oktyabr ayının əvvəlindən bəri davam edən etirazlarda 600-dən çox iraqlı ölüb.

 RİA Novosti-nin xəbərinə görə bu sözləri İraq Prezidenti Barham Saleh çərşənbə günü İsveçrənin Davos şəhərində keçirilən forumda söyləyib.

 

"Zorakılıq aktlarının 600 günahsız nümayişçinin, gəncin ölümünə səbəb olması ağrılı və utandırıcıdır. Bu cinayətləri qınayıram, qanunu pozanlar gec-tez məsuliyyətə cəlb olunacaq”, -deyə prezident vurğulayıb. (APA)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system