İraq müharibəsi hər amerikalının cibindən nə qədər oğurlayıb?

Oxundu: 123
İraq müharibəsi hər amerikalının cibindən nə qədər oğurlayıb?

ABŞ-ın Braun Universiteti "Müharibələrin xərcləri layihəsi" adlı araşdırma aparıb.

Nəticələrə görə, ABŞ-ın 2003-cü ildə İraqla başladığı müharibə 2 trilyon dollara başa gəlib. Bu rəqəm Pentaqonun təxminlərindən qat-qat artıq olub və hər amerikalının cibindən 8 min dollar çıxdığını göstərir.

 

Həmçinin Amerikanın İraqla apardığı müharibə ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyindən ABŞ rəhbərliyinin o dövrdə vergiləri artırmağı yeganə çıxış yolu olaraq gördüyü məlum olur.


Hesabatda həmçinin Əfqanıstan və Suriyada aparılan döyüşlərin də iqtisadiyyata zərbə vurduğu və vergi artımının əhalinin rifahını azaltdığı qeyd olunur.


Beləliklə, 11 sentyabr 2001 terrorundan sonra ABŞ-ın Əfqanıstan, İraq, Pakistan kimi ölkələrdə terrorla mübarizə adı altında apardığı hərbi əməliyyatlara 5,9 trilyon dollar xərcləndiyi ortaya çıxıb./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system