İraq məhkəməsi 1600-dən çox etirazçını sərbəst buraxdı

Oxundu: 73
İraq məhkəməsi 1600-dən çox etirazçını sərbəst buraxdı

İraq məhkəməsi bu gün, həbs edilmiş etirazçılardan 1648 nəfərin sərbəst buraxılması haqqında qərar verib.

 

İslaminSesi arabic.sputniknews-a istinadən xəbər verir ki, İraq apellyasiya məhkəmələrindən alınan məlumatlara görə, bu gün ölkənin bütün məhkəmələrində 1648 nəfər həbs edilmiş etirazçı sərbəst buraxılıb. Onların cinayətdə iştirakı olmadığı, dövlət əmlakına zərər vurnadığı təsbit edilib.

 

Xatırladaq ki, İraqda oktyabırın əvvəlindən başlayan etiraz aksiyalarında 320-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

 

Qeyd edək ki, Bağdadda bu günki qarşıdurmada 2 nəfərin öldüyü, 35 nəfərin yaralandığı bildirilir.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system