İraq İranla sərhədi bağladı

Oxundu: 100
İraq İranla sərhədi bağladı

İraqın cənub-şərqindəki Maysan əyalətinin İran sərhədindəki “Əş-Şib” keçid məntəqəsi bağlanıb.

 

İslaminSesi “RİA Novosti”yə istinadən xəbər verir ki, İranda koronavirusa yoluxma halları baş verəndən sonra İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru adıçəkilən keçid məntəqəsini bağlamaq qərarını verib.

Sərhəddən ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları daxil ola bilər.

Bununla yanaşı, xəstəliyə qarşı müvafiq qabaqlayıcı tədbirlər üçün yerli səhiyyə departamentinə vəsait ayrılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system