NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İraq İrana qarşı sanksyalardan azad edilib – Amerikalı səfir

Oxundu: 504
İraq İrana qarşı sanksyalardan azad edilib – Amerikalı səfir

İraq Birləşmiş Ştatların İrana tətbiq etdiyi embarqodan azad edilib. İran və İraq enerji mübadilələri edə bilər.

 

“İslaminSesi” FarsNews-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Bağdadda olan müvəqqəti işlər vəkili Joy Hood jurnalistlərə müsahibəsində bildirib.

 

Qərarın səbəbini açıqlayan Hood bildirib ki, ölkəsi İraq iqtisadiyyatının inkişafına və xarici sərmayənin İraqa gəlməsinə mane olan səbəblərin aradan qalxmasını istəyir.

 

Vəkil həmçinin regionda gərginliyin azaldılması üçün müəyyən addımlar atılmasının zəruriliyini də bildirib.

 

Xatırladaq ki, hazırkı İraq höküməti ABŞ-ın İrana qarşı sanksiyalarını qəbul etməyəcəyini bildirmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system