NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 272
İraq hökuməti Kürdüstan muxtariyyətinə beynəlxalq uçuşların başlamasına icazə verib

İraq hökuməti Kürdüstan muxtariyyətinə beynəlxalq uçuşların başlamasına icazə verib

İstiqlaliyyət referendumuna görə, İraq hökuməti Kürdüstan muxtariyyətinə və əksinə olan beynəlxalq uçuşları qadağan etmişdi.

İslaminSesi.info bu barədə Sumariya Agentliyinə istinadla xəbər verir.

 

Bildirilib ki, İraq baş naziri Heydər əl-Abadi bu gün bəyan edib ki, Kürdüstan regional hökumətindəki Ərbil və Süleymaniyyə hava limanları beynəlxalq uçuşlar üçün açıq  elan olunur.

 

Qeyd edək ki, Kürdüstan Regional hökumətinin ötən ilin 25-də istiqlaliyyətlə bağlı keçirdiyi referendumdan sonra İraq hökuməti İran və Türkiyə ilə birgə Ərbilə qarşı siyasi və iqtiadi sanksiyalar həyata keçirdi. İran və Türkiyə dərhal quru və hava zonasını Ərbilə bağladı. Daha sonra isə İraq hökuməti Ərbildən və əksinə olan uçuşlara qadağa qoydu. İraq o zamandan hava limanları və mühüm sərhəd keçid məntəqələrinin federal hökumətin nəzarətinə verilməsini tələb edir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system