“İraq hələ də ABŞ-ın işğalı altındadır” - PUŞKOV

Oxundu: 101
“İraq hələ də ABŞ-ın işğalı altındadır” - PUŞKOV

İslaminSesi xəbər verir ki, Rusiyanın Federasiya Şurasının İnformasiya Siyasəti üzrə Komissiyasının sədri Aleksey Puşkov “Tvitter” səhifəsində ABŞ-ın öz qoşununu İraqdan çıxarmaq məsələsini müzakirə eləməkdən etiraz eləməsindən yazıb.

ABŞ Dövlət Departamenti bu açıqlamanı cümə günü vermişdi. Xəbər verdiyimiz kimi, İraqın baş naziri vəzifəsini icra edən Adil Əbdülmehdi ABŞ-dan Amerika hərbçilərinin İraqdan çıxarılması üçün nümayəndə heyətini göndərməsini tələb eləyib.

 

Puşkov yazıb: “ABŞ-ın öz müttəfiqləri ilə münasibətində “bərabərhüquqluğu”ndan dəm vuranlar bunu eşitsələr yaxşı olar. ABŞ-ın Bağdadın tələbini rədd eləməsi ölkənin faktiki olaraq, işğal rejimində qaldığını göstərir”.


ABŞ hərbçiləri paytaxt Bağdad şəhərində İran generalı Qasım Süleymaninin qətlə yetirilməsi əməliyyatını keçirdikdən sonra İraq parlamenti və hökuməti Amerika hərbçilərinin ölkəni tərk eləməsi tələbini səsləndirib. Bağdad bu hücumu Amerika qüvvələrinin ölkədə yerləşməsi şərtinin pozulması kimi qiymətləndirib.


Beş yanvar tarixində İraq parlamenti əcnəbi hərbçilərin ölkədən çıxarılmasının lehinə səs verib. İraqın Silahlı Qüvvələrinin baş komandanlığı bildirib ki, Amerika hərbçilərinin ölkədən çıxarılması mexanizminin hazırlığı artıq başlanıb.


ABŞ prezidenti Donald Tramp cavabında bunun İraq üçün ciddi nəticələr verə biləcəyi ilə təhdid edib, “Bağdada qarşı indiyədək görmüş olmadıqları sanksiyalar” tətbiq eləməyə hazır olduğunu, İraq amerikalıların tikdikləri aviabazanın pulunu verməyincə, Amerika hərbçilərinin İraqı tərk eləmək niyyətində olmadığını deyib./Hurriyyet.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system