İraq baş naziri ölkədə vəziyyətin sabitləşdiyini bəyan edib

Oxundu: 83
İraq baş naziri ölkədə vəziyyətin sabitləşdiyini bəyan edib

İraq baş naziri paytaxtda və digər şəhərlərdə təhlükəsizlik vəziyyətinin normallaşdığını və sabitliyin hökm sürdüyünü bildirib.

İslaminSesi.info Sumariya agentliyinə istinadla xəbər verir ki, İraq baş naziri Adil Əbdül-Mehdi bunu ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon bağlantısında olarkən deyib.

 

Paytaxtda və digər şəhərlərdə təhlükəszilik və sabitliyin normal vəziyyətə qayıtdığını bildirən baş nazir son həftədə baş verənlərlə bağlı bir neçə komissiyanın təşkil edildiyini deyib.

 

A. Əbdül-Mehdinin sözlərinə görə İraqda etirazçılara qarşı zorakı müdaxilələr, naməlum şəxslər tərəfindən etirazçılara və təhlükəsizlik qüvvələrinə qarşı atəşin açılması, əhalinin, xüsusilə də gənclər və işsizlərin məişət durumu ilə bağlı malliyyə siyasəti müstəvisində və qanunvericilikdə bir sıra islahatların həyata keçirilməsini hədəfdə tutan komissiyalar təşkil edilib.

 

Qeyd edək ki, İraqın Daxili İşlər Nazirliyi son həftədə baş verən etirazlar və iğtişaşlar zamanı 104 nəfərin öldüyünü və 6 min nəfərin müxtəlif dərəcələrdə yaralandığını bəyan edib. Məlumata görə 104 nəfərdən 8-i təhlükəsizlik qüvvəsi işçiləridir. Bu iğtişaşlar zamanı 58 hökumət binası və ümumi əmlaka aid obyekt o cümlədən 8 partiyanın ofisi yandırılıb.SalamNews

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system