NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 330
İraq baş naziri Haşdu-Şabi komandiri və Əmmar Həkimlə siyasi koalisiya yaradıb

İraq baş naziri Haşdu-Şabi komandiri və Əmmar Həkimlə siyasi koalisiya yaradıb

İraq baş naziri gələn aylarda İraqda keçiriləcək mühüm parlament seçkilərinə qatılmaq üçün Haşdu-Şabi –nin komandiri Hadi əl-Amiri və əl-Hikmət fraksiyasının sədri Əmmar əl-Həkimlə siyasi koalisiya yaradıb.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, İraq baş naziri Heydər əl-Abadi, Əmmar əl-Həkimin başçılıq etdiyi əl-Hikmə fraksiyası və Haşdu-Şabi komandiri Hadi əl-Amiriin başçılıq etdiyi əl-Fəth koalisiyası birləşərək qarşıda gələn parlament seçkilərinə qatılmaq üçün ən-Nasr adlı yeni siyasi koalisiya yaradıblar.

 

Haşdu-Şabi –nin əksər briqadaları bu koalisiyaya daxildir.

 

Ötən gün tərəflər bu haqda razılığa gəliblər və bildiriblər ki,  sözügedən siyasi koalisiya məzhəbçilikdən uzaq olan, korrupsiya ilə mübarizə aparacaq yeni bir milli koalisiya olacaq.

 

İraqın “kürdüstan İslam Hərəkatı” isə seçkilərə qatılmaq üçün heç bir fraksiya ilə koalisiyaya girməyəcəyini deyib.

 

Sabiq baş nazir Nuri əl-Malikinin baş katibi olduğu “Hizbud-Dəvət əl-İslamiyyə”  seçkilərin öz vaxtında keçirilməsini təkidlə vurğulayıb və heç bir fraksiya ilə koalisiyaya girməyəcəyini bildirib.

 

İraqın sabiq parlament sədri Usamə ən-Nuceyfi də seçkilərə əl-Qərar əl-İraqi” adlı koalisiya ilə qatılacağını bildirib.

 

İraqın digər tanınmış siyasi cərəyanı Sədr fraksiyası hələ kimin tərəfində olacağını bəyan etməyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system