İranlı tələbələr Nəcəfdə konsulluğun yandırılmasına velə cavab verdi – FOTO

Oxundu: 88
İranlı tələbələr Nəcəfdə konsulluğun yandırılmasına velə cavab verdi – FOTO

Bir dəstə iranlı tələbə, Nəcəf şəhərində İran konsuııuğunun iğtişaşçılar tərəfindən yandırılməsına özünəməxsus tərzdə cavab veriblər.

 

İslaminSesi İraq KİV-ə istinadən bildirir ki, İranın müxtəlif universitetlərindən bir dəstə tələbə və müəllim heyəti Tehranda yerləşən İraq səfirliyi binasının önünə gəlib və səfirlik bınasının qarşısına əklil və gül dəstələri qoyub.

 

Tələbələr İraq xalqına böyük ehtiram etdiklərini, İraq xalqının yanında olduqlarını çatdırıblar.

 

Həmçinin Nəcəf şəhərində İran konsulluğunun yandırılmasına münasibət bildirən tələbələr, bunu iki ölkə arasında düşmənçilik yaratmaq istəyən qüvvələrin işi olduğunu bildiriblər.

 

Xatırladaq ki, dünən və ötən ayın 28-də Nəcəf şəhərində yerləşən İran konsulluğuna hücum edilib və binanı yandırmağa çalışıblar. Bina qismən yandırılıb.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system