İranlı deputat tankerlərə hücumda ABŞ-ı günahlandırdı

Oxundu: 519
İranlı deputat tankerlərə hücumda ABŞ-ı günahlandırdı

ABŞ iyunun 13-ü Oman körfəzində iki tankerə edilmiş hücumda torpedalardan və ya sualtı minalardan istifadə edildiyi ehtimalını səsləndirib.

 

Belə ki, ABŞ Dövlət katibi Mayk Pompeo mətbuat nümayəndələrinə açıqlamasında İranı ərazidə minalar quraşdırmaqda günahlandırıb. Onun sözlərinə görə, "Kokuka Courageous" və "Front Altair" tankerləri minaların partlaması nəticəsində xəsarət alıb.

 

Bundan başqa, ABŞ hadisə yerindən yaydığı video görüntülərdə iddia edib ki, iranlı hərbçilər zərər görmüş tankerdən partlamamış mina çıxarıblar. Vaşinqton bunu insidentdə İranın günahının olduğunun "sübutu" adlandırıb.

 

"İslaminSesi" bildirir ki, iranlı deputat, Milli təhlükəsizlik və xarici siyasət komissiyasının keçmiş rəhbəri və hazırki üzvü Əlaəddin Borucerdi deyib ki, bu insidentlər ABŞ-ın Yaxın Şərqdə, Fars və Oman körfəzlərində sabitliyi pozmaq və orada öz təsirini gücləndirmək siyasətinin davamıdır.

 

"Bu hərəkətlər çox şübhəlidir. Mən əminəm ki, ABŞ-ın Fars körfəzində, Oman körfəzində və Yaxın şərqdəki siyasəti gərginliyin yaradılmasına yönəlib. ABŞ regionda son on illər ərzində bu siyasəti yürüdüb. Bu (İranı günahlandırmaq – red.) yalnız ABŞ-a sərfəlidir. Mən ABŞ xarici işlər nazirliyinin İrana dair yalan bəyanatlarını qınayıram və təkzib edirəm. Bu hadisələr ABŞ-ın özü tərəfindən başladılıb. Onlar daha çox silah satmaq, daha çox baza yaratmaq və regionda iştiraklarını artırmaq üçün regionu təhlükəli hala gətirmək istəyirlər. ABŞ-ın siyasəti aydındır. Əks halda nə üçün son on illər ərzində bu cür ciddi insidentlər baş verməyib. İndi isə biz Fuceyrada, o cümlədən tankerlərlə baş vermiş bu xoşagəlməz və təkrarlanan hadisələrin şahidi oluruq", - deyə Borucerdi bildirib. Sputnik

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system