NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 302
İranla Müqtəda Sədr arasında ixtilaf varmı? – İran rəsmisi açıqlama verib

İranla Müqtəda Sədr arasında ixtilaf varmı? – İran rəsmisi açıqlama verib

İranın Bağdaddakı səfiri İrəc Məscidi İslam respublikasının İraq parlament seçkilərində hamıdan çox yer əldə edən Müqəda Sədrlə ixtilafın olub,olmaması haqda açıqlama verib.

İslaminSesi.info əl-Aləm telekanalına istinadla xəbər verir ki İran səfiri İrəc Məscidi rəsmi Tehranla Müqtəda Sədr arasında heç bir ixtilafın olmadığını, əksinə ölkə rəsmilərinin Sədrlə olan əlaqələrinin qardaş və səmimi əlaqələr olduğunu vurğulayıb.

 

İ. Məscidi bildirib ki, İran İraq xalqının parlament seçkilərindəki iradəsini alqışlayır və qələbə çalmış bütün fraksiyaları və partiyaları təbrik edir.

 

İran səfiri bildirib ki parlament seçkilərində qələbə qazanan partiyaların hamısı bizim qardaşımız və əzizlərimizdir.

 

İranla Müqtəda Sədr arasında ixtilafın olması ilə bağlı iddialara cavab verən səfir bunun tamamilə əsassız olduğunu deyib və əlavə edib ki, Sədr bizim dostlarımızdan, qonşu və dost İraqda nüfuzu və təsiri olan əzizlərimizdəndir.

 

“İranın onunla və onun şəhid atası Seyid Məhəmməd Sadiq Sədr və əmisi Seyid Məhəmməd Baqir Sədrlə tarixi və köklü əlaqələri var. İran rəsmilərinin Müqtəda Sədrlə olan əlaqələri qardaşlıq və səmimi əlaqədir. Bir çox rəsmilər xüsusilə də Qasim Süleymaninin Müqtəda Sədrə isti və dost münasibəti var. ”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system