NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İranın sərbəst buraxılan neft gəmisi Türkiyə sahillərinə üz tutub

Oxundu: 78
İranın sərbəst buraxılan neft gəmisi Türkiyə sahillərinə üz tutub

BŞ-ın barəsində təhdidlər ünvanladığı İranın "Adrian Darya" neft gəmisi Türkiyə sahillərinə üz tutub.

 

"İslaminSesi" xəbər verir ki, bu barədə "Associated Press" gəmilərin hərəkət istiqamətini müəyyənləşdirən "marinetraffic.com" saytına istinadla məlumat verib.

 

Bildirilib ki, iki milyon barel neft yükü olan İran neft gəmisi "Adrian Darya" Türkiyənin Mersin limanına üz tutub.

 

"Associated Press" bildirib ki, Avtomatik İdentifikasiya Sisteminin (AİS) verdiyi məlumatlara görə "Adrian Darya" hazırda Aralıq dənizində Siciliya adasının cənubundadır.

 

Qeyd edək ki, Britaniya dəniz qüvvələri bu gəmini iki ay öncə Cəbəli-Tariq suları yaxınlığında saxlamışdı. ABŞ-ın tələblərinə baxmayaraq, Cəbəli-Tariq regional hökuməti bu gəmini sərbəst buraxıb. Daha sonra ABŞ hökuməti bu gəmiyə yardım edəcək tərəflərə ciddi xəbərdarlıq edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system