İranın Körfəz bölgəsi də ayağa qalxdı – “Biz İnqilab Rəhbərin yanındayıq” (Video)

Oxundu: 2458
İranın Körfəz bölgəsi də ayağa qalxdı – “Biz İnqilab Rəhbərin yanındayıq” (Video)

İranın Buşəhr əyaləti də iğtişaşlara və xarici müdaxiləyə qarşı etiraz etdi.

 

İslaminSesi Mehr-ə istinadən xəbər verir ki, İranın 31 bir əyalətindən biri Buşəhr əyalətinin əhalisi də bu gün, baş verən iğtişaşlara və ölkədə xaos yaratmaq istəyən xarici qüvvələrə etiraz etmək üçün meydanlaar axışıb.

 

Buşəhr əhalisi fitnəkarlara qarşı ölüm şüarları səsləndirib.

 

Biz birik, Vilayətin arxasındayıq, iğtişaşları pisləyirik və İslam İnqilabı Rəhbəri ilə olan əhdimizi bir daha yeniləyirik deyən əyalət əhalisi İslam yolunda verdikləri qurbanları heç vaxt unutmayacaqlarını bildiriblər.

 

 

 

Həmçinin mənbə, bu gün Əhvaz əhalisinin də düşmənə və fitnəyə qarşı etiraz yürüşünə çığdığını xəbər verir. Əhvaz əhalisi və ziyalıları fitnəyə yox, fitnəkarlara ölüm və cəza şüarları səsləndiriblər.

 

Xatırladaq ki, son 3 gün ərzində İranin mərkəzi əyalətlərdə, o cümlədən Gilan, Həmədan, Lorestan, Ərdəbil, Zəncan, Çahar Mahal, Bəxtiyari, Şərqi Azərbaycan, İlam və Kermanşah kimi böyük əyalətlərdə minlərlə insan fitnə, xaos əleyhinə, o cümlədən Amerikaya ölüm və etiraz şüarları səsləndiriblər.

 

 

 

Bu gün Kürdüstan əyaləti də ayağa qalxıb. Əhali Amerika, İngilis, İsrail və bütün düşmələrə ölüm şüarları səsləndirib, İslam hökümətinin yanında olduğlarını, İnqilab Rəhbərini müdafiə etdiklərini bildiriblər. İnsanlar İmam Hüseyn (ə)-la bağlı ilham verici şüarlar da səsləndirib, zillətə boyun əyməyəcəklərini bildiriblər.

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system