NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İranın birinci vitse-prezidenti Suriya prezidenti ilə görüşüb

Oxundu: 1193
İranın birinci vitse-prezidenti Suriya prezidenti ilə görüşüb

İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri Suriya prezidenti Bəşər Əsədlə Dəməşqdə görüşüb.

 

Görüş əsnasında iki ölkə arasındakı 14-cü birgə komissiya zamanı aparılan danışıqlar müzakirə olunub.

 

İslaminSesi-nin Parstoday-a istinadən verdiyi xəbərə görə, Cahangiri buyurub: "Tehran və Dəməşq arasında strateji iqtisadi əməkdaşlıq haqda müqavilənin imzalanması əldə edilmiş razılaşmaları daha yaxşı həyata keçirməyə kömək edəcək".

İran və Suriya arasında iqtisadi əməkdaşlıq üzrə Komissiyasının 14-cü iclası ötən bazar günü Dəməşqdə İranın şəhər inkişafı və yol nazirinin sədrliyi ilə keçirilib.

 

Burada 100-dən çox fərdi sahibkarlar, ixracatçılar və özəl sektor fəalları iştirak edib.

Cahangiri İran və Suriya arasındakı dostluq və dərin münasibətləri vurğulayaraq deyib: "Tehran və Dəməşq çətin vaxtlarda həmişə bir-birini dəstəkləyib. Bu gün də onlar inkişaf və tərəqqi naminə, problemlərin aradan qaldırılması üçün birlikdə irəliləyəcəklər".

Suriya prezidenti Bəşər Əsəd görüş zamanı, öz növbəsində, İslam inqilabının Ali liderinə, İran hökumətinə və xalqına terror və xarici müdaxiləyə qarşı mübarizəyə görə Suriya tərəfindən dərin təşəkkürünü bildirərək buyurub:

 

"Suriya tam azad olunduqdan sonra dövlətin ən yüksək prioriteti bu ölkənin bərpasıdır. Biz İranın dövlət və özəl şirkətlərini bu sahədə iştirak və əməkdaşlığa səsləyirik".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system