NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 4950
İranın ABŞ-a sonuncu xəbərdarlığının icrası dünya iqtisadiyyatını çökdürə bilər

İranın ABŞ-a sonuncu xəbərdarlığının icrası dünya iqtisadiyyatını çökdürə bilər

Zərdüşt Əlizadə: “ABŞ itkilərə hazır deyil, İran isə buna hazırdır”

 

ABŞ və İran arasında illərdir sürən soyuq müharibə davam edir.  Artıq vəziyyət o yerə çatıb ki,  Tramp hökuməti İranın neft ixracına qadağa qoymaq istəyir.  İran isə hər zamankı kimi ABŞ-ın qarşısında qətiyyətlə dayanır, əyilmir və Tramp hökumətini əlində olan rıçaklarla hədələyir. İran prezidenti Həsən Ruhaninin bu barədə etdiyi son çıxış öz qətiyyəti ilə əvvəlkilərdən çox fərqlənir. Belə ki, Həsən Ruhani təkcə Hörmüzə deyil, bir çox boğazlara  nəzarət etdiklərini bildirir və əllərində olan rıçaklardan yararlanaraq ABŞ-a ciddi zərər yetirmək imkanlarına malik olduqlarını dilə gətirir.

 

Bəs İranın ABŞ-a verəcəyi zərər hansı formada təzahür edə bilər? Əgər İran real olaraq hərəkətə keçərsə, bu addımlar  dünyanın siyasi və iqtisadi vəziyyətinə necə təsir göstərə bilər?.

 

İslaminSesi mövzunu tanınmış politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib. Politoloq bildirib ki, hər iki tərəf cəza tədbirlərinə əl atmazdan əvvəl, bu addımın aqibətinin necə olacağı haqda ciddi düşünməlidir: “Hər iki dövlətin əlində kifayət qədər imkan var ki, bir-birilərinə və dünya iqtisadiyyatına ziyan yetirsinlər. Hələlik Suriyada müharibə gedir. Trampın heç kəslə hesablaşmamaq və öz iradəsini müstəqil dövlətlərə yeritmək siyasəti  həyata keçirilir. Digər tərəfdən isə İranın qətiyyəti davam edir. İran rəsmiləri əllərində güclü imkanların olduğunu bəyan edirlər və ABŞ-a hər an zərbə endirə biləcəklərini dilə gətirirlər. Lakin bütün bunlar  hələlik  söz səviyyəsində həyata keçirilir. Amma real addımların atılması hər iki tərəf üçün ağır nəticələrə gətirəcək”.

 

Zərdüşt Əlizadənin sözlərinə görə, Tramp noyabr ayında seçkiyə gedəcəyini düşünməlidir: “Əgər Konqresdə Respublikaçılar üstünlük əldə etsələr, Trampı impiçmentə sürükləyəcəklər. Ola bilər ki, Tramp İran kartından yalnız öz reytinqini yüksəltmək üçün istifadə edir. Amma ciddi tədbirlərə keçsə, bu Trampın vaxtından əvvəl vəzifəsindən getməsi ilə nəticələnə bilər. Təbii ki, İran da baş verənlərdən əziyyət çəkəcək. Lakin ABŞ-dan fərqli olaraq İranın müqavimət gücü, xalq-iqtidar vəhdəti daha çoxdur. ABŞ itkilərə hazır deyil, İran isə buna hazırdır”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system