NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 377
İranda zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb - 1600 yaralı /VİDEO - FOTO/

İranda zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb - 1600 yaralı /VİDEO - FOTO/

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.

İslamınSəsi bildirir ki, bu barədə "Press TV"yə istinadən xəbər verir.

Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.

Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir.

***

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 1600 nəfər xəsarət alıb.

***

Ötən gün axşam saatlarında İran və İraq sərhədində baş vermiş 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, yaralıların sayı isə min nəfəri ötüb.

 Bu barədə İranın Mülki Müdafiə Xidmətinə istinadən "Fars News Agency" məlumat yayıb.

Zəlzələ nəticəsində İraqda 6 nəfərin öldüyü bildirilir.

***

Noyabrın 12-də İran və İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfəri, yaralıların sayı isə min nəfəri ötüb.

Böhran Mərkəzinin məlumatına görə, təbii fəlakət nəticəsində əsas zərbə İranın qərbində yerləşən Kermanşah və İlam əyalətlərinə dəyib.

İran prezidenti Həsən Ruhani zəlzələ nəticəsində bütün zərərçəkənlərə lazımi yardımın göstərilməsi barədə göstəriş verib. Hadisə yerində Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin yerli bürosunun əməkdaşları işləyir.

Qeyd olunur ki, əsas yeraltı təkanlardan sonra 3,6-dan 4,7 maqnitudaya qədər daha 12 təkrar təkan baş verib.

Zəlzələ nəticəsində həmçinin İraqda 1 nəfərin öldüyü və 100-ə yaxın insanın yaralandığı bildirilir.

Yeraltı təkanlar Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında da hiss olunub.

***

 Ötən gün İran-İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində İslam Respublikasının Kermanşah əyalətində ölənlərin sayı 81 nəfərə çatıb.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində min nəfərə yaxn insan xəsarət alıb.

***

Bazar günü İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində İslam Respublikasının Kermanşah əyalətində azı 60 nəfər həyatını itirib.

Həmçinin qeyd olunur ki, təbii fəlakət nəticəsində daha 300 nəfər yaralanıb.

***

Bazar günü İran və İraq sərhədində baş verən 7,2 maqnituda gücündə zəlzələ nəticəsində İslam Respublikasının Süleymaniyyə vilayətinin Darbandihan şəhərində azı 6 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Yeraltı təkanlar Küveytdə, həmçinin Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.

***

İran-İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system