NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 2175
İranda mumyalanmış şah cəsədi tapılıb – Onun Pəhləvi Rza şaha aid olduğu deyilir

İranda mumyalanmış şah cəsədi tapılıb – Onun Pəhləvi Rza şaha aid olduğu deyilir

Tehranda yerləşən Şah Əbdüləzim ziyarət kompleksinin ərazisində bir mumyalanmış cəsəd tapılıb. Onun birinci Pəhləvi şahı Rzaxana aid olduğu deyilir.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu Tehranın Şəhər Şurasının mədəni irslər komitəsinin sədri Həsən Xəlilabadi bildirib.

 

O, bunun güclü ehtimal olduğunu bildirib.

 

Qeyd edək ki, Rzaxan Qacar sülaləsindən sonra İranda taxta çıxıb. Onun şahlıq müddəti 1925-1941-ci illərə təsadüf edib. Pəhləvilər sülaləsinin banisi Rzaxan Qacar sülaləsinin son padşahı Əhməd şah Qacarı devirdi və Pəhləvi xanədanını qurdu. Onun qurduğu Pəhləvi rejimi dünyəvi, milliyyətçi, militarist və anti-kommunist rejim idi. Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olub. Atası Abbas Əli (1815-1878) Savadkuhda polkovnik,  anası Nüşafarin Zəhra qafqazlı immiqrant idi.

 

İranda Pəhləvi sülaləsi və ümumiyyətlə şahlıq rejimi 1979-cu ildə İslam İnqilabının qələbə çalması ilə bitmiş olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system