NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İranda azərbaycanlı Kərbəla zəvvarları üçün Qarabağ şəhidlərinin adlarına çadırlar quruldu - FOTO

Oxundu: 601
İranda azərbaycanlı Kərbəla zəvvarları üçün Qarabağ şəhidlərinin adlarına çadırlar quruldu - FOTO

Azərbaycandan İraqın Kərbəla şəhərinə İmam Huseyn əleyhissəlamın 40 mərasimi (Ərbəin) üçün səfərə çıxan zəvvarlar İranda böyük ehtiramla qarşılanıblar.

İslaminSesi - Belə ki, Astara sərhəd keçid məntəqsində İran sərhədçiləri azərbaycanlı zəvvarları Qurani-Kərimin altından keçirərək, onları isti münasibətlə qarşılayıblar.

 

undan əlavə, Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək, İraqa yola düşən zəvvarlar üçün Bicar şəhərində İmam Hüseyn (ə) məscidi qarşısında Qarabağ şəhidləri Allahverdi Bağırovun adına çadır qurulub və zəvvarlara 24 saat xidmətə başlanılıb. Zəvvarların gündə 3 dəfə qidanlanma, internet və digər zəruri təminatlarla qarşılandığı qeyd edilir.  

 

Eyni tipli çadırlar Həmədan şəhərində aprel müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Emin Bağırovun adına da quraşdırılıb.   İranın küçə və prospektlərində digər Qarabağ şəhidlərinin də təsviri olan plakatların asıldığı bildirilir.

/eastnews/

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system