İranda aksiya iştirakçıları Quranı yandırdı

Oxundu: 90
İranda aksiya iştirakçıları Quranı yandırdı

İranda baş verən iğtişaşlar zamanı bir qrup aksiya iştirakçısı Tehran şəhərində yerləşən "Qüds" namazxanasını yandırıb.

İslaminSesi-nin verdiyi xəbərə görə, hadisə zamanı orada olan Quran və dua kitabları da yandırılıb.

 

Qeyd edək ki, "Farsnews" agentliyi İranda benzinin bahalaşmasından sonra baş verən etiraz aksiyaları zamanı təkcə 1 vilayətə 100 bank binasının və 57 ticarət mərkəzinin yandırıldığını və ya dağıdıldığını yazıb.

 

Ölkənin 100 müxtəlif nöqtəsində baş verən etiraz aksiyaları zamanı 1000 nəfərdən artıq insanın saxlanıldığını bildirən xəbər agentliyi ölən və yaralananların sayı haqda dəqiq məlumat olmadığını bildirib. Ölən və yaralananların daha çox neft anbarlarına və hərbi hissələrə edilən hücumların qarşısı alındığı zaman olduğu bildirilir.

 

2017-ci ilin dekabr ayında baş verən aksiyalar zamanından daha çox dağıntıların olduğunu bildirən "Farsnews" aksiyalarda təqribən 90 minə yaxın adamın iştirak etdiyini yazıb. Bəzi yandırılan binalarda əhalinin də yaşadığı və onların da bu zaman xəsarət aldığı qeyd olunub./Eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system