NAMAZ VAXTLARI:
  • FƏCR 03:25
  • GÜN 05:12
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İrana gedən azərbaycanlıların sayı 79,7 faiz artıb

Oxundu: 219
İrana gedən azərbaycanlıların sayı 79,7 faiz artıb

2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1636,4 min nəfər olub.

 
İslaminSesi bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib. Gedənlərin 66,6 faizi kişilər, 33,4 faizi isə qadınlar olub. 
 
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artıb. 
 
Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,7 faizi dəmir yolu və avtomobil, 15,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system