NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran yeni zenit-raket kompleksini təqdim edib - Video

Oxundu: 79
İran yeni zenit-raket kompleksini təqdim edib - Video

İran öz istehsalı olan "Bavar-373" zenit-raket kompleksini (ZRK) nümayiş etdirib.

 

TASS-in məlumatına görə bu barədə ölkə Prezidenti Həsən Ruhaninin Mətbuat xidməti məlumat yayıb.

"Bavar-373" böyük hərəkət radiuslu zenit-raket kompleksi Prezident Həsən Ruhaninin göstərişi ilə ölkənin ən inkişaf etmiş və bənzərsiz müdafiə sistemi olaraq təqdim edilib", - məlumatda deyilir.

"Yeni sistemimiz Rusiyanın "S-400"nün xüsusiyyətlərinə yaxındır", - "Al Mayadeen" telekanalı H.Ruhaninin sözlərindən sitat gətirib.

"Press TV"nin məlumatına görə, ZRK İranın Müdafiə Sənayesi Gününün qeyd olunmasına həsr olunmuş mərasimdə təqdim olunub. 

Tədbirdə ölkə prezidenti ilə yanaşı, müdafiə naziri Əmir Hatəmi və digər yüksək çinli hərbi rəsmilər iştirak ediblər.report

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system