DÜNYA

Oxundu: 48
İran yeni və yerli istehsallı hərbi gəmisini Xəzərə buraxıb

İran yeni və yerli istehsallı hərbi gəmisini Xəzərə buraxıb

İran “Sepər” adlı yerli istehsallı yeni hərbi gəmisini Xəzər dənizinə buraxıb.

İslaminSesi.info bu barədə Tasnim Agentliyinə istinadla xəbər verir.

 

Ötən gün İranın Bəndər-Ənzəli şəhərində yerli istehsallı hərbi gəminin Xəzər sularına buraxılması mərasiminə ölkənin müdafiə naziri Hatəmi və Dəniz Qüvvələri komandanı Xanzadi də qatılıblar.

 

Hərbi gəmi raket atan sistemlərlə, hərbi təyyarələri və kruiz raketlərini izləyən inkişaf etmiş radarlar, 40 və 76 mm-lik toplar və sair silahlarla təchiz edilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system