NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran yaxın həftələrdə nüvə sazişindən çıxma ehtimalını açıqlayıb

Oxundu: 254
İran yaxın həftələrdə nüvə sazişindən çıxma ehtimalını açıqlayıb

“İran yaxın həftələrdə nüvə sazişindən çıxa bilər. Çünki bu saziş reanimasiyadadır”

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İranın xarici şlər nazirinin müavini Abbas Əraqçi deyib.

 

İran rəsmisi EvroNews-a verdiyi müsahibədə ABŞ-ın nüvə sazişindən çıxmasından sonra bu anlaşmanın vəziyyəti ilə bağlı və 4 Avropa dövlətinin verə bilmədiyi “təzminatlar” haqda danışıb və bəyan edib ki, Avropa dövlətləri ilə Tehran arasında  təzminatlarla bağlı razılıq əldə edilməsə, İran gələn həftələrdə bu sazişdən çıxa bilər.

 

Abbas Əraqçi əlavə edib ki, “Avropa dövlətləri sazişin qalmasını istəyirsə İran da bunu istəyir, lakin təzminatlar verilməli, ABŞ-ın yoxluğunun yerini doldurmalı və onun tərəfdən tətbiq edləcək sanksiyaların bədəlini təmin etməlidirlər. İran istəyir ki, razılaşma qalsın, o şərtlə ki, Amerikanın çıxmasından sonrakı zamanda anlaşmanın duruşu təmin edilsin”

 

Abbas Əraqçi təkidlə vurğulayıb ki, nüvə sazişi və sanksiya ikisi də eyni zamanda qala bilməz.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp seçki kompaniyasında vəd etdiyi kimi beynəlxalq güclərin İranla əldə etdiyi nüvə sazişindən birtərəfli şəkildə çıxıb. İndi bu saziş 4+1 formatında davam edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system