NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“İran və Pakistan düşmən əleyhinə əlaqələrini daha da gücləndirməlidir” – Ayətullah Xamenei

Oxundu: 207
“İran və Pakistan düşmən əleyhinə əlaqələrini daha da gücləndirməlidir” – Ayətullah Xamenei

İranın Ali dini Lideri Ayətullah Seyyid Əli Xamenei Pakistan baş naziri İmran Xanı qəbul edib.

 

“İslaminSesi” xəbər verir ki, Pakistan baş naziri İmran Xan İranda iki günlük rəsmi səfərdədir. Öncə Məşhəd şəhərində İmam Rza (ə)-ın pak hərəmini ziyarət edən baş nazir sonra Tehranda ölkə prezidenti Həsən Ruhani ilə görüşüb.

 

İmran Xan həmçinin İslam İnqilabının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei ilə də görüşüb və iki ölkə arasında iki tərəfli əlaqələrin möhkəmlənməsinin zərurəti müzakirə olunub.

 

İki ölkə arasında yaxın münasibətlərdən və dostluq əlaqələrindən danışan Ayətullah Xamenei əlaqələrin möhkəmlənməsinin zərurətinə toxunub və düşmənlərin bu əlaqələi pozmağa çalışdığını bildirib:

“İran və Pakistan düşmən əleyhinə əlaqələrini daha da gücləndirməlidir. Əlaqələrin yaxşılaşdırılması hər iki xalqın xeyrinədir. Lakin bu əlaqələrin pisləşməsini istəmyən gizli güclər vardır. Bu da düşmən iradəsinə zidd olan müxtəlif sahələrdə əməkdaşlığın və əlaqələrin güclənməsini zəruri edir.”

 

Görüş zamanı İran-Pakistan sərhədlərində son zamanlar baş verən neqativ hadisələr və regionda mövcud olan terror qruplaşmalarına qarşı birgə mübarizə məsələləri də müzakirə olunub.

(əl-Aləm)

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system