NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İran super güclərə belə əzələ nümayiş etdirdi

Oxundu: 1180
İran super güclərə belə əzələ nümayiş etdirdi

İran 2 min kilometr məsafəyədək hədəfləri vura biləcək uzaqmənzilli raketini təqdim edib.

 

İslaminSesi “Haber7.com” a istinadən xəbər verir ki, bunu  İran İnqilabı Keşikçilərinin  komandanı  Məhəmməd Əli Cəfəri açıqlayıb.  Cəfəri bu raketin super güclərə verilən bir mesaj olduğunu dilə gətirib.

 

 İranın dövlət televiziyasına açıqlamasında  Cəfəri bildirib ki, ölkəsinin torpaqları ətrafında və 2 min kilometrlik məsafədə olan bütün təhdidləri, bu raketlə məhv etmək gücünə malikdirlər.  

 

Nüvə və bioloji başlıq daşımaq qabiliyyətinə malik  olan bu raketlər ABŞ-ın regiondakı hərbi bazalarını vurmaq potensialına malikdir.

 

 Bu səbəbdən də ABŞ başda olmaqla, Qərb ölkələri İranın raket sınağını təhdid kimi qəbul edərək, təşvişə düşüblər.

 

Rəsmi  Tehran isə ölkənin raket proqramının strateji və müdafiə məqsədli olduğunu açıqlayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system