NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 6639
"

İran şəhərlərində iğtişaş əleyhinə kütləvi aksiyalar keçirilib

İranın Qum, Əhvaz, Buşehr, Qorqan, Zəncan, Abadan, Kermanşah, Xorrəmabad və sair şəhərlərində son günlərdə ölkədə törədilən iğtişaşlara qarşı kütləvi etiraz aksiyaları keçirilib.

İslaminSesi.info bu barədə FarsNews-a istinadla xəbər verir.

 

Bildirilib ki, bu aksiyalar cari həftənin sonuna qədər davam edəcək.

 

Xatırladaq ki 6 gün öncə İranın Məşhəd şəhərində iqtisadi məsələlərə görə baş tutan etiraz aksiyası tədricən yerini iğtişaşlara verdi. Gecə saatları düşən kimi iğtişaşçılar dəstə dəstə küçələrə çıxaraq ümumi əmlaka zərər vurmağa, banklara, dükanlara, dövlət və sosial obyeklərə o cümlədən vətəndaşların maşınlarına və əmlakına xəsarət yetirməyə başlayıblar. İran polisinin məlumatına görə son altı gündə 15 nəfərin ölümü dəqiqləşib ki onların əksəriyyəti iğtişaşçıların alovlu maddə, odlu silah, maşın sürəti və sair iğtişaşçı əməllərdən istifadə etməsi nəticəsində həlak olublar.

 

Artıq ötən gündən başlayaraq, vəziyyət stabilləşməyə başlayıb. ABŞ prezidenti Donald Tramp İrandakı iğtişaşlarla bağlı bir neçə dəfə bəyanat verib və bu iğtişaşları tam şəkildə dəstəklədiyini deyib.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system