NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 200
İran Rəşt-Astara dəmir yolunun istifadəyə veriləcək zamanını açıqlayıb

İran Rəşt-Astara dəmir yolunun istifadəyə veriləcək zamanını açıqlayıb

“Rəşt-Astara dəmir yolu 4 ilə bitəcək”

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İranın Yol və Şəhərsalma nazirinin müavini Səid Məhəmmədzadə deib.

 

Bu gün Tehranda keçirilən sərgidə çıxış edən nazir müavini Rəşt-Astara dəmir yolunun 4 ilə bitəcəyini deyib.

 

İran rəsmisi layihənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının verdiyi dəstəyə də toxunub və bildirib ki, bu dəmir yolunun çəkilişi üçün Azərbaycan tərəfindən təmin edilən məbləğ 500 milyon dollardır.

 

İranda dəmir yolu çəkilişi sahəsində son illərdə əldə edilən naliyyətlərin daxili mütəxəssislər və yerli güc hesabına başa gəldiyini deyən Səid Məhəmmədzadə Tehran-Rəşt yolunun da bu il təhvil veriləcəyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, Şimal-Cənub dəhlizi layihəsi Azərbaycandan keçməklə Fars Körfəzini Rusiyaya və əksinə birləşdirəcək və Azərbaycanın mühüm geosiyasi və iqtisadi mövqeyini gücləndirəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system