İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

Oxundu: 243
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

Səudiyyə paytaxtı ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin İranı pisləyən bəyanatına baxmayaraq Küveyt rəsmi Tehrana qarşı sanksiyaların əleyhinə olduğunu bildirib. Küveyt rəsmilərindən biri İranın sanksiyalarla mühasirəyə alınmasına qarşı olduğunu deyib.

İslaminSesi "Əlcəzirə"-yə istinadla xəbər verir ki, bunu Küveytin BMT-dəki daimi nümayəndəsi Mansur əl-Uteybi deyib.


Küveyt rəsmisi verdiyi müsahibədə bildirib ki, onlar İranla Amerikanın sövdələşməsini, nüvə sazişində hər hansı bir islahatların həyata keçirilməsilə yeni razılığın əldə edilməsini, İranın sanksiyalarla mühasirəyə alınmamasını və təcrid edilməməsini istəyirlər.


Qeyd edək ki, İran hazırda körfəz ərəb ölkələrindən Küveyt, Qətər və Oman Sultanlığı ilə diplomatik əlaqələri davam etdirir. BƏƏ və Bəhreyn isə 2015-ci ildə ər-Riyadla həmrəylik nümayiş etdirərək, İranla diplomatik əlaqələri dayandırıblar./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system